Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Sahələrdə buxarlanma və tərləmənin ölçülməsi - Evapotranspirasiya - Suvarma xərclərinə nəzarət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahələrdə buxarlanma və tərləmənin ölçülməsi - Evapotranspirasiya - Suvarma xərclərinə nəzarət

Evapotranspirasiya (ET) müasir kənd təsərrüfatında yeni fikir deyil; bu ideya uzun illər öncə işlənib hazırlanmışdır. Amma son bir neçə onillikdə suvarmanın səmərəliliyini artırmaq üçün fermerlər tərəfindən bu metoddan istifadə artmışdır. ET-dən necə istifadə etmək barədə danışmazdan öncə fermerlər ET-nin nə olduğunu başa düşməlidirlər. ET torpaqdakı suyun iki fərqli yolla qurumasını bildirir – torpağın səthindən buxarlanma və bitkilərin yarpaqlarından buxarlanma (bu mexanizmdən bitkilər özlərini sərinlətmək üçün istifadə edir (tərləmə kimi)). Evapotranspirasiya dərəcəsinə təsir edən faktorlara gün işığı, temperatur, nisbi rütubət, küləyin sürəti və digər faktorlar daxildir.

 

Reklam_3_11

ET-ni ölçmək üçün bir neçə metod vardır. ET üçün ən çox istifadə olunan düstur Penman-Montit tərəfindən kəşf edilib və 1990-cı ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən qəbul edilmişdir. Bu metodologiyada ET-ni hesablamaq üçün metereoloji stansiyalardan temperatur, gün işığı, küləyin sürəti və nisbi rütubətlə bağlı alınan məlumatlardan istifadə olunur. Əksər müasir metereoloji stansiyalar bu düsturu öz proqramlarına daxil etmişdir.

 

ET qiymətini bilmək torpağın və bitkilərin itirdiyi suyun miqdarını müəyyən etməyə və su çatışmazlığı probleminin aradan qaldırılmasına kömək edir. Torpaqdakı rütubəti bərpa edən yağış və ya suvarma bu düsturun yalnız bir tərəfidir. Buxarlanan suyun miqdarını ölçmək daha dəqiq təsəvvür yaratmağa imkan verir. ET qiymətləri düym və ya millimetrlə ola bilər; bir düym ET o deməkdir ki, fermerlər buxarlanan su miqdarını bərpa etmək üçün bir akr torpağa 27,154 qallon su verilməlidir, 1 mm ET isə bir hektara 10 kub metr suyun verilməsini tələb edir. Nə qədər suyun buxarlandığını bilməklə fermerlər suyun necə istifadə edildiyini və bu əhəmiyyətli resursu daha yaxşı necə idarə etməli olduqlarını daha yaxşı başa düşürlər.

 

Məqalə "Sminagro" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Sistemlər "Sminagro" tərəfindən qurulur. 

22.05.2018 05:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ