Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ən az ödəniş edən sığorta şirkətləri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən az ödəniş edən sığorta şirkətləri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyata keçirilmiş 78,498 milyon manatlıq sığorta ödənişlərinin 46,2%-i və yaxud 36,27 milyon manatı "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin payına düşüb.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabata görə, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 18,343 milyon manat (23,4%) və 17,927 milyon manat (22,8%) ödəniş ediblər. 

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 7,835 milyon manatlıq (10%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 4-cü yerdə 6,41 milyon manatlıq (8,2%) göstərici ilə "Qala Həyat Sığorta" ASC, 5-ci yerdə isə 6,357 milyon manatlıq (8,1%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 56,872 milyon manat təşkil edib ki, bu da bazarın 72,5%-i deməkdir.

 

21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (18 min manat), "Bakı Sığorta (107 min manat) və "Rəvan Sığorta" (110 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 162 min manat təşkil edib ki, bu da cəmi 0,3%-lik pay deməkdir.

 

Qalan 12 sığorta şirkətinin ödənişləri 21,464 milyon manat və yaxud bütün ödənişlərin 27,2%-i qədərdir. 

 

 
2 ŞİRKƏT BAZARIN 60%-NƏ NƏZARƏT EDİR

 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanmış 301,419 milyon manat sığorta haqqının 179,73 milyon manatı və yaxud 59,6%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

 

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata istinadən xəbər verir ki, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 108,802 milyon manat (36,1%) və 70,928 milyon manat (23,5%) sığorta haqqı toplayıblar.

 

Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 31,925 milyon manatlıq (10,6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 4-cü yerdə 17,397 milyon manatlıq (5,8%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 12,461 milyon manatlıq (4,1%) göstərici ilə "Meqa Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 241,513 milyon manat təşkil edib ki, bu da bazarın 80,1%-i deməkdir.

 

21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Amrah Sığorta" (78 min manat), "Naxçıvan Sığorta" (85 min manat), "Bakı Sığorta" (267 min manat), "Rəvan Sığorta" (388 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 818 min manat təşkil edib ki, bu da bazarın cəmi 0,3%-i deməkdir.

 

Qalan 12 sığorta şirkətinin yığımları isə 2-11 milyon manat arasında dəyişir və onların bazar payı 59,088 milyon manat və yaxud 19,6%-dir. 

 

AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!

 

© Renkinq

22.05.2018 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ