Pulsuz diaqnostika, 20%-dək endirim – Hyundai-dan “Yaya hazırlıq” kampaniyası!
Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti Hyundai sahiblərinin servisdən sərfəli qiymətlərlə istifadə etmələri üçün davamlı kampaniyalar keçirir.
Müştərilərin yay mövsümünə arxayın başlamaları üçün hər il olduğu kimi “Auto Azərbaycan” şirkəti bu ildə “Yaya hazırlıq” kampaniyasına start verib.
Belə ki, 31.05.2017 tarixinədək davam edəcək kampaniya müddətində işçilik haqqına 20%, ehtiyyat hissələrinə 10% endirim olunacaqdır. Həmçinin Hyundai sahibləri pulsuz elektron diaqnostika xidmətlərindən də yararlana biləcəklər.
Kampaniya bütün Hyundai rəsmi servislərində keçərlidir.
“Auto Azərbaycan” şirkətindən bildirildi ki, kampanyanın keçirilməsində məqsəd Hyundai sahiblərinin qənaət edərək avtomobillərini yaya hazır vəziyyətə gətirmələrini təşviq etməkdir:
“Qarşıda yay fəsili gəlir. Bir çox insan öz şəxsi avtomobili ilə səfərə çıxacaqlar. Bu səfərin xoş keçməsi üçün avtomobil də saz vəziyyətdə olmalıdır. Hyundai sahibləri fürsətlərdən istifadə edərək avtomobilini yoxlatdıra və baş verə biləcək nasazlıqları öncədən aradan qaldıra bilərlər”.
Daha ətraflı məlumat üçün:
Telefon: (012) 989
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
13 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
13 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
14 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 14 saat əvvəl