Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Media nümayəndələri Bakcell Məlumat Mərkəzinin qonaqları olublar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Media nümayəndələri Bakcell Məlumat Mərkəzinin qonaqları olublar

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Kütləvi İnformasiya Vasitələrinin təmsilçilərini şirkətin Məlumat Mərkəzinə dəvət edib.

 

Media nümayəndələri Məlumat Mərkəzinin gündəlik işi ilə tanışlıq zamanı 555 qısa nömrəsinə edilən zənglərin peşəkar operatorlar tərəfindən necə cavablandırılması və daxil olan müraciətlərə əsasən əlaqəli bölmələrlə birlikdə müxtəlif əməliyyatların necə həyata keçirildiyinin canlı şahidi olublar.

 

Məlumat Mərkəzinin qrup rəhbəri Elmar Cəfərov və Kanalların idarə olunması üzrə qrup rəhbəri Emin Əskərsoy qonaqlara Məlumat Mərkəzinə daxil olan müraciətlərin idarə edilməsi və son iki il ərzində əldə olunan nailiyyətlər barədə məlumat veriblər.

 

“Məlumat Mərkəzində işin necə qurulduğunun abunəçilərimizin çoxuna maraqlı olduğunu nəzərə alaraq böyük məmnuniyyətlə media nümayəndələrini iş yerimizə dəvət etdik. Abunəçilərimizə daha yaxın olmağımızda onların müstəsna rolu var. Ümidvarıq ki, jurnalistlərin hazırladığı məqalələr abunəçilərimiz üçün maraqlı olacaq.”, deyə Bakcell şirkətinin müştəri xidmətləri üzrə baş direktoru xanım Selda Bostancıoğlu bildirib.

 

Qeyd edək ki, Bakcell bir müddət bundan öncə şəbəkənin intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həlli zamanı qabaqlayıcı tədbirlərin görülməsi, proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına yönələn Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini tədbiq edib.

03.02.2017 10:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ