Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kafedəki partlayışla bağlı şirkət təsisçisi tutuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kafedəki partlayışla bağlı şirkət təsisçisi tutuldu

Bakıda kafedə ölümlə nəticələnən partlayışla bağlı bir nəfər vəzifəli şəxs tutularaq istintaqa cəlb edilib.

 

Reklam_3_11

Hüquq-mühafizə orqanlarından əldə edilmiş  məlumata görə, tutulan şəxs “Azərtransservis” ASC-nin təsisçisi Əyyub Haqverdiyevdir.

 

Tutulanların sayının artacağı istisna edilmir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Qeyd edək ki, mayın 21-də Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) kafenin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. N.İbrahimov xəstəxanada ölüb.

 

© Report

22.05.2018 09:23

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ