Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Mikromaliyyə sektorunda 5 milyon manata yaxın mənfəət!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mikromaliyyə sektorunda 5 milyon manata yaxın mənfəət!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Aqrarkredit” QSC istisna olmaqla 2017-ci ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən 46 bank olmayan kredit təşkilatının (BOKT) və 76 kredit ittifaqının cəmi aktivləri bu il yanvarın 1-nə 364,629 mln. manat təşkil edib.

 

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,3% azdır.

 

Mikromaliyyə sektorunun aktivlərinin 266,337 mln. manatını və yaxud 73%-ni müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Ötən il sektorun kredit portfeli 11,6% kiçilib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

2017-ci ildə BOKT-ların və kredit ittifaqlarının cəmi öhdəlikləri 17,9% azalaraq 260,812 mln. manata düşüb, cəmi kapitalı isə 23,35% artaraq 103,817 mln. manata çatıb. O cümlədən ötən il sektorun nizamnamə kapitalı 41,1% artırılaraq 109,702 mln. manata çatdırılıb.

 

Ötən il mikromaliyyə sektorunun faiz gəlirləri 61,7 mln. manat (əvvəlki ilə nisbətən 32,4% az), faiz xərcləri 22,5 mln. manat (20,1% çox), qeyri-faiz gəlirləri 42,809 mln. manat (11% çox) təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 26,709 mln. manat olub ki, bu da illik müqayisədə 13,8% azdır.

 

2017-ci ildə BOKT-lar və kredit ittifaqları aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2016-cı ilə nisbətən 83,2% az – 13,602 mln. manat ayırıb, 70,1% çox – 8,107 mln. manat mənfəət vergisi ödəyib. Bununla da, mikromaliyyə qurumları ötən ili 4,57 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki sektor 2016-cı ildən 55,407 mln. manat xalis zərərlə çıxmışdı.

 

Bank olmayan kredit təşkilatları və kredit ittifaqları barədə MƏLUMAT*

  

min manatla

 

 

2017

2016

 

Balans

Məbləğ

Məbləğ

 

Cəmi aktivlər

364 629

401 987

 

Xalis kreditlər

266 337

301 331

 

Cəmi öhdəliklər

260 812

317 822

 

Cəmi kapital

103 817

84 165

 

Nizamnamə kapitalı

109 702

77 737

 

   

 

 

  

 

Mənfəət və zərər

Məbləğ

Məbləğ

 

Faiz gəlirləri

61 700

91 292

 

Faiz xərcləri

22 500

18 732

 

Qeyri-faiz gəlirləri

42 809

38 562

 

Qeyri-faiz xərcləri

55 300

80 152

 

Əməliyyat mənfəəti / zərəri

26 709

30 969

 

Xüsusi ehtiyatlara ayırmalar

13 600

80 817

 

Vergiyəqədərki mənfəət / zərər

12 677

-50 642

 

Mənfəət vergisi ödəmələri

8 107

4 765

 

Xalis mənfəət / zərər

4 570

-55 407

 

   

 

* "Aqrarkredit" BOKT istisna olmaqla

 

 

 

© Report

22.05.2018 14:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ