Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) idarə heyətinin sədri Vanq Yini qəbul edib.

 

Nazirlikdən "Marja"ya verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Şahin Mustafayev qeyd edib ki, 2018-ci ilin fevral ayında Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans və Çin rəsmiləri ilə müxtəlif görüşlər təşkil olunub.

 


Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub: "Hazırda Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir, Şanxayda Azərbaycan Ticarət Evinin, Pekində və Şanxayda Azərbaycan Şərab Evinin açılması nəzərdə tutulur. Bütün bunlar ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək".

 

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Ələtdə yaradılması nəzərdə tutulan “Azərbaycan Respublikası-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” barədə məlumat verilib.

 

Nazir Şahin Mustafayev Azərbaycan və Çin şirkətləri arasında birgə həyata keçirilməsi nəzərdə tutulan metallurgiya, kənd təsərrüfatı, neft-kimya sahələri üzrə layihələrin icrasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

 

Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) fəaliyyəti barədə məlumat verən idarə heyətinin sədri Vanq Yi Azərbaycanda həyata keçirilən layihələrin sığortalanmasında Korporasiyanın maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, xarici ticarət və iqtisadi əməkdaşlığın təşviqi məqsədilə kredit və investisiyaların sığortalanması sahəsində böyük təcrübəsi olan SİNOSURE Korporasiyası tərəfindən ümumilikdə 3,5 trilyon dollar məbləğində ixrac vəsaiti sığortalanıb. Korporasiya 250-dən çox bankla əməkdaşlıq edir.

 

Görüşdə SİNOSURE Korporasiyasının Azərbaycanın aidiyyəti qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğu ifadə olunub və bu sahədə əlaqələrin qurulması imkanları müzakirə edilib

22.05.2018 16:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ