Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan kriptovalyutalar sahəsindəki rezidentlərə güzəştlər edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan kriptovalyutalar sahəsindəki rezidentlərə güzəştlər edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında “Blockchain” texnologiyasına dair infosessiya keçirilib.

 

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, həmçinin “Blockchain” texnologiyasının əhəmiyyəti və onun Azərbaycanda müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara məlumat verib.

 

T.Kərimli bildirib ki, Yüksək Texnologiyalar Parkı “Blockchain” texnologiyasının tətbiqi istiqamətində layihələrin reallaşdırılmasına köməklik göstərəcək.

 

O qeyd edib ki, Yüksək Texnologiyalar Parkının Pirallahıda olan mövcud infrastrukturundan istifadə edərək “Blockchain”, kriptovalyutalar və kripto-mədənçilik sahəsində fəaliyyət göstərən rezidentlərə bir sıra güzəştlərin edilməsi də nəzərdə tutulur.

 

Daha sonra Azərbaycan “Blockchain” Cəmiyyətinin həmtəsisçisi, “Waves” şirkətinin regional meneceri Orxan Əhmədov “Blockchain” texnologiyası barədə ətraflı təqdimatla çıxış edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

O bildirib ki, “Blockchain” mərkəzləşdirilməmiş məlumatlar bazasıdır. Onun sözlərinə görə, ənənəvi məlumatlar bazası əsasən bir serverdə yerləşdirilir və paralel olaraq “backup”ı (surəti) başqa bir neçə serverdə saxlanıla bilir. “Blockchain”  sistemində isə yeni bir əməliyyat həyata keçirildikdə əvvəlki məlumatlar silinmir və mövcud blok zəncirinə əlavə olunur. Çünki məlumatlar kopyalanaraq bütün kompüterlərin yaddaşında saxlanıldığına görə onları silmək də mümkünsüzdür.

 

“Burada toplanan məlumatlar istifadəçilər üçün əlçatandır. Ancaq məlumatlara kənar şəxslərin müdaxilə etmək imkanı yoxdur. Bu da texnologiyanın təhlükəsizliyinə zəmanət verir. Yeni texnologiyanın təqdim etdiyi üstünlüklərdən biri də əməliyyatlar həyata keçirilərkən vasitəçilərə ehtiyac duyulmamasıdır. Belə ki, aralarında əməliyyat aparmaq istəyən iki tərəf 3-cü şəxsin və ya təşkilatın müdaxiləsi olmadan istədiyi əməliyyatları həyata keçirə bilər”.

 

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkında hər ay mütəmadi olaraq “Blockchain” texnologiyasına dair infosessiyaların keçirilməsi nəzərdə tutulur.

23.05.2018 09:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ