Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rus və ukraynalı Azərbaycan banklarını talayırlarmış - MİLYONLARLA ZİYAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rus və ukraynalı Azərbaycan banklarını talayırlarmış - MİLYONLARLA ZİYAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla, onların bank hesabları açılmaqla və Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub".

 

Reklam_3_11

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı birgə məlumatda bildirilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Məlumatda qeyd olunub ki, məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılmış, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

 

Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

"Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
 

Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə ərazisində fəaliyyət göstərən banklar tərəfindən cari fəaliyyətin, elektron bankçılığın qanunsuz və əsassız müdaxilələrdən müdafiə olunan şəkildə qurulmasının diqqətdə saxlanılmasını vacib hesab edir",- məlumatda deyilir.

23.05.2018 09:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ