Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yaponiya Azərbaycandan böyük həcmdə vərəmum almaq istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya Azərbaycandan böyük həcmdə vərəmum almaq istəyir

Yaponiyanın iş adamları Azərbaycandan böyük həcmdə arıçılıq məhsulu sayılan vərəmum idxal etmək istəyirlər.

 

Bunu açıqlamasında Azərbaycan Arıçıları Assosasiyasının (AAA) sədri Bahəddin Həsrətov deyib.

 

"Yaponların Azərbaycana səfəri gələn ayın əvvəlində olacaq. Onların vərəmuma tələbatı böyükdür, lakin Azərbaycan bu tələbatı qarşılamaq imkanında deyil. Biz illik 50-60 kq-dan başlayıb, daha sonra ixrac həcmini artırmaq istəyirik", - B.Həsrətov qeyd edib. 

 

Assosiasiya rəhbəri onu da bildirib ki, Azərbaycanda arıçılığın inkişafı ilə bağlı problemlər qalır: "Fermerlər üçün maarifləndirmə kursları təşkil olunmalıdır. Arıçılar yeni texnologiyalardan istifadə etmələri üçün təlimlərə cəlb edilməlidir. Bundan başqa, maliyyə resurslarına çıxış çətindir. Ümumiyyətlə, çatışmazlıqlar çoxdur".

 

B.Həsrətov arıçılara veriləcək subsidiya ilə bağlı da danışıb: "Bununla bağlı yekun qərar var, sadəcə icrasına başlanılmalıdır. Yəgin ki, arıçılara ilin sonuna qədər subsidiya veriləcək. Növbəti ildən isə bu iş sistemli şəkildə, lazım olan anda həyata keçiriləcək". 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Propolis (vərəmum) ən güclü təbii antibiotiklərdəndir. Propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qətranabənzər maddələri toplayıb emal etməyi ilə əmələ gəlir. Bu, plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir.

 

Tərkibi 55%-ə qədər qətran və balzamdan, 10%-ə qədəri efir yağlarından , 30%-ə qədər mum, 5%-ə qədər güləm, habelə sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium, stibium, stronsium, müxtəlif turşular, antibiotiklərdən ibarətdir.

 

Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihab əleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri var.

 

© Report

23.05.2018 10:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ