Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda 11 min 500 nəfər işini itirdi - İLK RÜBDƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 11 min 500 nəfər işini itirdi - İLK RÜBDƏ

2018-ci ilin I rübü ərzində ölkədə 11,5 min iş yeri bağlanmışdır.

 

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 93,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 79,5 faizi fərdi sahibkarlıq subyektlərinin, 3,9 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 16,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

2018-ci ilin I rübü ərzində ölkədə 43,8 min yeni, o cümlədən 34,8 min daimi iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 59,6 faizi qeyri-dövlət sektorunda açılmışdır.

 

Yeni iş yerlərinin 35,5 faizi Bakı şəhərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, 63,1 faizi regionların, o cümlədən 16,2 faizi Aran, 11,3 faizi Gəncə-Qazax, 10,3 faizi Lənkəran, 6,6 faizi Abşeron, 6,4 faizi Yuxarı Qarabağ, 4,1 faizi Quba-Xaçmaz, 4,0 faizi Şəki-Zaqatala, 3,9 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.

 

Daimi iş yerlərinin 9,5 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 38,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 51,8 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılmışdır.

 

ƏN ÇOX İŞ YERİ AÇILAN SAHƏLƏR

 

Hüquqi şəxslər (şirkətlər)  tərəfindən yaradılmış daimi iş yerlərinin 26,4 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 15,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi tikinti, 10,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 8,1 faizi emal sənayesi, 4,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 15,2 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.

23.05.2018 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ