Mobil manşet üstü reklam_21

Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülərin nəzərinə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülərin nəzərinə!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il "Üçüncü Bahar" sosial layihəsi çərçivəsində Kapital Bank ASC-nin təşkilati dəstəyi ilə Bakı, İsmayıllı, Gəncə, Lənkəran şəhərlərində "Maliyyə Savadlığı" praktik təlim tədbirləri həyata keçirilib. 

 

Təlim zamanı 200 -ə yaxın təqaüdçüyə ATM, təqaüd kartlarından istifadə qaydası, onlayn ödənişlər və digər bu qəbil məsələlər geniş şəkildə izah edilib.

 

Təqaüdçülər arasında maliyyə savadlığının artırılması üçün "Üçüncü Bahar" tərəfindən silsilə tədbirlər davam edir. 

 

Bu dəfə təlimçilər təqaüdçülərin arasından seçiləcək. Siz də təlimçi ola bilərsiniz! 

 

Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülər üçün peşəkarlar tərəfindən seminarlar təşkil olunacaq. 

 

Müraciət üçün son tarix 10 iyun 2018 -ci ildir.

 

Maraqlananlar (+994 55 680 11 55) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 2017-ci ilin fevral ayından etibarən  fəaliyyətə başlamışdır. Təşəbbüs qrupu təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir mərkəzdə toplamağı nəzərdə tutur. Təqaüdçüləri toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə bir sıra müxtəlif məzmunlu tədbirlər həyata keçirilmişdir. Təşəbbüs qrupunun fəaliyyəti nəticəsində il ərzində 30-dan çox müxtəlif məzmunlu tədbirlər təşkil edilmişdir. Hazırda təqaüdçü bazada 500-ə yaxın üzv var.

23.05.2018 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ