Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AZPROMO və “KazakhExport” anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZPROMO və “KazakhExport” anlaşdı

Mayın 23-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilib.

 

Tədbirdə Azərbaycan və Qazaxıstan tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, konsaltinq, tikinti, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib.

 

AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

 

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsayev Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

 

İşgüzar görüş çərçivəsində AZPROMO və “KazakhExport” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı əməkdaşlıq, müntəzəm olaraq iqtisadi, ticarət və biznesə dair məlumatlar və sahibkarların dəstəklənməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əlaqələrin yaradılması və s. məsələlər əksini tapıb.

 

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

23.05.2018 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ