Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərbaycana 7 ildə 5 milyard dollar borc vermişik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycana 7 ildə 5 milyard dollar borc vermişik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Asiya İnkişaf Bankı (ADB) 2011-2017-ci illərdə Azərbaycana 4  milyard 930 milyon 380 min ABŞ dolları məbləğində vəsait ayırıb. 

 

Bu barədə Bankın "2011-2017-ci illərdə Azərbaycanla bağlı strateji prioritetlər" hesabatında bildirilir. 

 

Hesabaat görə, həmin vəsaitlərin 3 milyard 922 milyon 720 min dolları yaxud 79,56%-i suveren kreditlər və zəmanətlər, 992 milyon dolları və yaxud 20,12%-i qeyri-hökumət kreditləri, 15,66 milyon dolları və yaxud 0,32%-i isə texniki dəstək proqramlarına ayrılmış vəsaitlər olub. 

 

Ayrılmış kreditlərin 1 milyard 919 milyon 300 min dolları və yaxud 39%-i enerji sektoruna, 1 milyard 400  milyon 400 min dolları və yaxud 29%-i nəqliyyat, 750 milyon dolları və yaxud 14%-i dövlət sektorunun idarə edilməsinə, 630 milyon dolları və yaxud 13%-i su və şəhər infrastrukturu, həmçinin digər xidmət sektorlarına, 215 mlnmilyon dolları və yaxud 4%-i isə maliyyə sektoruna yönəldilib. 

 

1 GÜNƏ KREDİT ALIN!

 

Texniki dəstək qrantlarının isə 5,9 mln. dolları və yaxud 38%-i enerji, 5,7 mln. dolları və yaxud 36%-i nəqliyyat, 1,4 mln. dolları və yaxud 9%-i maliyyə, digər 1,4 mln. dolları və yaxud 9%-i dövlət sektorunun idarə edilməsinə, 1,3 mln. dollar və yaxud 8%-i isə su və şəhər infrastrukturu, həmçinin digər xidmət sektorları üçün nəzərdə tutulub.

 

© Report

23.05.2018 14:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ