Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana “1-ci Kateqoriya” səviyyəsi verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana “1-ci Kateqoriya” səviyyəsi verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İlk dəfə 2014-cü ildə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən Azərbaycan Respublikasında uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində apardığı qiymətləndirmə nəticəsində Azərbaycana “1-ci Kateqoriya” səviyyəsi verilib. Təqdim olunan bu səviyyəyə əsasən, Azərbaycan aviaşirkətləri ABŞ-a birbaşa müntəzəm uçuşlar həyata keçirmək hüququna malik idi.

 

Reklam_3_11

 Buna baxmayaraq, 2015-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) tərəfindən keçirilmiş geniş audit zamanı Beynəlxalq Standartlara uyğunluq faizinin aşağı düşməsi (58%-dən 43%-ə)  FAA  tərəfindən Azərbaycana  verilmiş  Aviasiya Təhlükəsizliyi üzrə “1-ci Kateqoriya”nın  “2-ci Kateqoriya”ya endirilməsi və  ABŞ-a uçuşlara məhdudiyyət qoyulması təhlükəsi yaratmışdı. Təhlükəsizlik Kateqoriyası aşağı salınan dövlətlərin  təcrübəsi göstərir ki, yenidən “1-ci Kateqoriya”ya qayıtmaq prosesi çox çətin  keçir və uzun illər tələb edir.

 

Bu baxımdan, son iki il ərzində  mülki aviasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində  geniş tədbirlər görülüb:

 

Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq  Fərmanı ilə “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” yaradılıb,  “Aviasiya Haqqında” Qanuna zəruri əlavələr edilib.

 

 Eyni zamanda, Mülki Aviasiya sahəsi üzrə Dövlət Proqramlarının icrası istiqamətində geniş iş aparılıb.

 

Bütün bu tədbirlər, Dövlət Mülki Aviasiya Agentliyi  tərəfindən təşkil edilmiş iş və qəbul edilmiş qaydalar  nəticəsində 2017-2018-ci illərdə keçirilən beynəlxalq auditlər, o cümlədən ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən keçirilən qiymətləndirmə müsbət nəticələnib.  

 

Beləliklə, FAA tərəfindən  Azərbaycanda  “Mülki aviasiya haqqında” Çikaqo Konvensiyasının standartlarına uyğunluq qiymətləndirildikdən sonra Azərbaycan üçün uçuşların təhlükəsizliyinə nəzarət üzrə  “1-ci Kateqoriya” qüvvədə saxlanılıb.  

 

Bu, Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

23.05.2018 15:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ