Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk dəfə Rusiya helikopterləri əsaslı təmir edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəfə Rusiya helikopterləri əsaslı təmir edildi

“Silk Way Helicopter Services” şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli vertolyotların əsaslı təmirini həyata keçirmişdir.

 

 “Silk Way Helicopter Services” mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (“Azerbaijan International Defence Exhibition” – ADEX) zamanı verilmişdir.

 

Mərkəzin fəaliyyətinin birinci mərhələsi olaraq 6 noyabr 2017-ci  il tarixindən etibarən “SWHS” aviaşirkətinin baza aeroportu olan Zabrat Hava Limanında Rusiya istesalı olan Mi-8AMT/MTV vertolyotlarının əsaslı təmirinə başlanılmışdır. Təmir işləri Rusiyanın “356” saylı aviatəmir zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birgə, habelə nəzarəti altında aparılmışdır.

 

Mi-8AMT/MTV vertolyotların təmiri “Silk Way Helicopter Services” MMC-nin mütəxəssisləri ilə birgə yüksək peşəkarlıqla həyata keçirilmişdir.

 

Avia təmir zavodunun təmir təlimatına əsasən sökülmüş və əsas aqreqatlar təmir olunması üçün 356- saylı zavoda göndərilmişdir. (Gələcəkdə bu avadanlıqların təmir edilməsi vertolyotların əsaslı təmirinin tərkib hissəsi kimi Bakı şəhərində nəzərdə tutulub). Həmçinin vertolyotun füzelyajı və elekto juqutlar defektasiya edildikdən sonra təmir edilmişdir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Hava gəmisinin təmiri zamanı istifadə olunan alətlər, xüsusi aqreqatlar ,YSM və s. kimi məsrəf materiallar tam şəkildə “Silk Way Helicopter Services” tərəfindən təchiz edilmişdir.

 

"Belə bir mərkəzin yaradılması Azərbaycanın aviasiya sahəsinin yeni inkişaf mərhələsidir. Bu təkcə yerli məqsədlə deyil, eyni zamanda aviasiya bazarının xarici iştirakçılarını cəlb etmək üçün aviasiya texnikası təmirinin sonrakı mənimsəniməsinə təkan verir",- məlumatda deyilir.

23.05.2018 15:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ