Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyə Mərkəzi Bankı faiz artırdı, Lirə bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Mərkəzi Bankı faiz artırdı, Lirə bahalaşdı

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini (Likvidlik pəncərəsini- GLP) 13.5%-dən 16.5%-ə qaldırıb.

 

Gecəlik faiz dərəcələri dəyişdirilməyib. Marginal maliyyələşmə nisbəti 9,25%-də, Mərkəzi Bankın borclanma faiz də 7,25% səviyyəsində sabit saxlanılıb.
 

Türkiyə Mərkəzi Bankından verilən açıqlamada deyilir:
 

"Bazarlarda müşahidə edilən qeyri-sağlam qiymət əmələ gəlmə prosesləri (məzənnənin yüksəlməsi) və inflyasiyada davam edən yüksəliş riskləri artırmışdır. Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyəti qiymət sabitliyini dəstəkləmək məqsədilə güclü sərt pul siyasətinə keçilməsinə qərar vermişdir".

 

 
Mərkəz Bank qeyd edib ki, əlindəki bütün alətlərdən istifadə etməyə davam edəcəkdir. İnflyasiyanın düşməsi təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdir.

 

"Marja" xəbər verir ki, faizin artırılmasından sonra Türk Lirəsi bahalaşıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Bu səhər 4.9253 səviyyəsinə qalxan Dollar/TL məzənnəsi faiz qərarının ardından 4,57 səviyyəsinə qədər geriləyib.

 

Türk Lirəsi Dollar qarşısında əməliyyat gününə başladığı 4.66 səviyyəsindən 2 faiz dəyər qazanaraq 4.57-yə geriləyib.

 

25 Aprel 2018-ci il tarixində TCMB borcvermə faizini (Likvidlik pəncərəsi - GLP) 12,75%-dən 13,50%-ə qaldırmışdı.

23.05.2018 18:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ