Türkiyə Mərkəzi Bankı faiz artırdı, Lirə bahalaşdı
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini (Likvidlik pəncərəsini- GLP) 13.5%-dən 16.5%-ə qaldırıb.
Gecəlik faiz dərəcələri dəyişdirilməyib. Marginal maliyyələşmə nisbəti 9,25%-də, Mərkəzi Bankın borclanma faiz də 7,25% səviyyəsində sabit saxlanılıb.
Türkiyə Mərkəzi Bankından verilən açıqlamada deyilir:
"Bazarlarda müşahidə edilən qeyri-sağlam qiymət əmələ gəlmə prosesləri (məzənnənin yüksəlməsi) və inflyasiyada davam edən yüksəliş riskləri artırmışdır. Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyəti qiymət sabitliyini dəstəkləmək məqsədilə güclü sərt pul siyasətinə keçilməsinə qərar vermişdir".
Mərkəz Bank qeyd edib ki, əlindəki bütün alətlərdən istifadə etməyə davam edəcəkdir. İnflyasiyanın düşməsi təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdir.
"Marja" xəbər verir ki, faizin artırılmasından sonra Türk Lirəsi bahalaşıb.
Bu səhər 4.9253 səviyyəsinə qalxan Dollar/TL məzənnəsi faiz qərarının ardından 4,57 səviyyəsinə qədər geriləyib.
Türk Lirəsi Dollar qarşısında əməliyyat gününə başladığı 4.66 səviyyəsindən 2 faiz dəyər qazanaraq 4.57-yə geriləyib.
25 Aprel 2018-ci il tarixində TCMB borcvermə faizini (Likvidlik pəncərəsi - GLP) 12,75%-dən 13,50%-ə qaldırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
-
2 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 2 saat əvvəl
-
4 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
5 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir