Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-da çənlərdə xam neft ehtiyatları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da çənlərdə xam neft ehtiyatları artıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 5,8 milyon barel (1,3 faiz) artımla 438,1 milyon barelə çatdığını açıqlayıb.
 

"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 1,5 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,4 milyon barel azalmışdı.
 

Reklam_3_11

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 661,3 milyon barrelə enib.
 

ABŞ-ın benzin ehtiyatları ötən həftə 1,9 milyon barel (0,8 faiz) artımla 233,9 milyon barelə yüksəlib.
 

Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,4 milyon barrel azalma görüləcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,8 milyon barrel azalma göstərmişdi.
 

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 558 min barel artımla 8,16 milyon barelə qalxıb, xam neft ixracı isə gündəlik orta hesabla 818 min barrel azalma ilə 1,75 milyon barrelə enib.
  
Xam neft hasilatı son 19 həftədə 18 dəfə yüksəlib

 

Ölkənin xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 2 min barel artımla 10 milyon 725 min barrelə çıxıb. Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 19 həftədə də 18 dəfə artım göstərmişdir.
 

EIA-nın  2018-ci ilin May ayı hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyacağı nəzərdə tutulur.
 

ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı artımın ardından qlobal bazarda xam neft qiymətləri düşüb.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Bakı vaxtı ilə saat 22:00-da Brent növü neftin barrel qiyməti 78,23 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftinin barrel qiyməti də 71,27 dollara qədər geriləyib.

23.05.2018 20:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ