"Gürcüstan bazarında liderlik mövqeyinə malikik"
"Azərbaycanda özəl sahibkarlıq üçün yaradılan şəraitdən bəhrələnən çoxsaylı müəssisələrdən biri təsisçisi olduğum “Bakı İnşaat Sənaye” ASC-dir".
"Marja" xəbər verir ki, bunu “Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi Loğman Zülfüqarlı bildirib.
O qeyd edib ki, müəssisə öz fəaliyyətini ISO 9001 beynəlxalq keyfiyyət standartı üzərində qurub:
"Sənayenin əsas sahələrindən birini təşkil edən ağır metallurgiya sferasında fəaliyyət göstərən müəssisəmizdə əsasən ixracyönümlü məhsullar istehsal edilir. Bura müxtəlif ölçülü şveller, künclük, kvadrat və zolaqlar, boru, profil çeşidləri daxildir. Eyni zamanda, ölkə bazarında böyük tələbat duyulan digər metal məmulatlarının istehsalı da həyata keçirilir. Hazırlanan bütün məhsul növləri həm də Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma sisteminin uyğunluq sertifikatlarına malikdir. Səhmdar cəmiyyətimiz xaricə yüksək keyfiyyətə malik rəqabətqabiliyyətli satış qiymətləri ilə mal ixrac etməklə hazırda Gürcüstan bazarında liderlik mövqeyinə malikdir. Son dövrdə müəssisəmizin ixrac əməliyyatlarında 35 faizə qədər artım qeydə alınmışdır. Bu da təkcə son dörd ayda respublikamızın valyuta daxilolmalarında müəyyən artım deməkdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
44 d. əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 51 d. əvvəl
-
1 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
1 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
2 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb