Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ərdoğan sözünü dəyişdi -"Qlobal idarəetmə prinsiplərinə sadiq qalmağı davam etdirəcəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan sözünü dəyişdi -"Qlobal idarəetmə prinsiplərinə sadiq qalmağı davam etdirəcəyik"

"Qısa müddətdə məzənnədəki dalğalanmanın qarşısını alacaq imkanlara malikik. İqtisadiyyat ilə bağlı fərqli fikirlərin müzakirə edilməsi fərqli bir şeydir, sərbəst bazar qaydaları və qurumların (Mərkəzi Bank nəzərdə tutulur-Marja) fəaliyyəti fərqli bir şeydir".

 

"Marja" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

"Türkiyə azad bazar iqtisadiyyatın bütün qaydalarını və qurumlarını tətbiq edən bir ölkədir. Bu gün olduğu kimi yeni idarəetmə sistemində də pul siyasətlərində qlobal idarə etmə prinsiplərinə sadiq qalmağı davam etdirəcəyik, amma qlobal idarəetmə formalarının da ölkəmizi bitirməsinə imkan verməyəcəyik. Xüsusilə maliyyə intizamı davam edəcək və maliyyə sabitliyi təmin ediləcəkdir".

 

1 GÜNƏ KREDİT ALIN!

 

Prezident Rəcəb Tayyib Ərdoğan, Bloomberg TV-yə verdiyi müsahibədə, Prezident seçkilərini qazanması halında pul siyasətlərində daha təsirli rol oynayacağını qeyd edərək, "Türkiyənin maraqlarını qorumaq üçün addımlar atacağıq, ölkəmizin maraqları nəyi tələb edirsə onu edəcəyik",- demişdi. Bu açıqlama Mərkəzi Bankın müstəqilliyini itirəcəyi barədə fərziyyələrə səbəb olmuş, investorlar, sərmayəçilərdə narahatçılıq artmış və Lirə sürətlə ucuzlaşmışdı. Dünən Türkiyə Mərkəzi Bankı faizi 300 bənd artıraraq 13,5%-dən 16,5%-ə qaldırmış və Dollar/TL məzənnəsi 4.92 səviyyəsindən 4.54 səviyyəsinədək geriləmişdi.

 

Faiz qərarından sonra Türkiyənin Baş naziri Binali  Yıldırım, Mərkəzi Bankın üzərinə düşən vəzifəni yerinə yetirdiyini bildirərək, "Hökumət iş başındadır, məsələlərinə hakimdir" deyib.

24.05.2018 04:36

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ