Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 11 bankın aktivləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 11 bankın aktivləri azalıb

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 11-nin aktivləri illik müqayisədə azalıb.

 

Reklam_3_11

Bunlar "AGBank", Pakistan Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Turan Bank", "Bank Respublika", "Access Bank", "Unibank", "Amrah Bank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Aktivlərdə ən çox azalma "Bank VTB Azərbaycan"da (64,7%), ən az azalma isə "AGBank" və Pakistan Milli Bankının Bakı filialında (0,3%) qeydə alınıb.

 

18 bankın aktivləri isə son 1 ildə artıb. Bunlar "Günay Bank", "Ziraat Bank Azərbaycan", "AFB Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "Xalq Bank", "Atabank", "Rabitəbank", "Bank Silk Vey", "Expressbank", "Bank BTB", "Nikoyl Bank", "PAŞA Bank", "Bank Avrasiya", "Naxçıvan Bank", "Azər-Türk Bank", "Muğan Bank" və "Kapital Bank"dır. Ən çox artım "Günay Bank"da (53,9%), ən az artım isə "Kapital Bank"da (1,1%) baş verib. 

 

ABB aktivlərinin dinamikasını açıqlamayıb.

 

 

4 BANKIN AKTİVLƏRİ 2 MİLYARD MANATDAN ÇOXDUR

 

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün aktivləri 2 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 403,162 milyon manat), "PAŞA Bank" (3 707,849 milyon manat), "Kapital Bank" (3 167,258 milyon manat) və "Xalq Bank"dır (2 225,651 milyon manat).

 

Qalan 26 bankdan 7-nin aktivləri 0,5 - 1 milyard manat arasında, 18 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 11,112 milyon manatdır.

 

Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Renkinq"

24.05.2018 06:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ