Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"200 manatlıq mayın 24-dən dövriyyəyə buraxılacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"200 manatlıq mayın 24-dən dövriyyəyə buraxılacaq"

Yeni 200 manatlıq pul nişanının hazırlanmasında dünyanın ən müasir mühafizə elementlərindən istifadə olunub.

 

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

 

Almaniyanın “Giesecke+Devrient” şirkətində çap olunan 200 manatlıq yeni pul nişanları, həmçinin müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanları mayın 24-dən dövriyyəyə buraxılacaq, onların satışı təmin ediləcək.

 

E.Rüstəmov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının çəkisi 1 troy unsiyası olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. Cümhuriyyətin 100 illiyinə həsr olunan xatirə pul nişanları isə çəkisi üç ölçüdə - 1, 3/4, 1/2 troy unsiyası olan yüksək əyarlı qızıldandır. Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib. Xatirə pul nişanları məhdud sayda (3000 yaxın) buraxılıb. Ehtiyac yaranacağı təqdirdə yenidən istehsal olunacaq.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Azərtac

24.05.2018 10:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ