Bank sektorunun 2016-cı il üzrə icmal göstəriciləri açıqlandı

Azərbaycanda  fəaliyyət göstərən 32 bankın 31 dekabr 2016-cı il tarixinə cəmi aktivləri 31,439.5 milyon manat, cəmi öhdəlikləri 29,530.7 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 1,908.8 milyon manatdır. Əhalinin əmanətləri 7432.1 milyon manat həcmindədir. Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, söbələrinin sayı 131, ATM-lərin sayı 2461-dür.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.

 

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nin işçi heyəti 2 657 nəfər təşkil edir.

 

2016-cı ilin 31 dekabr tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

 

 

3 Fevral 2017 , 16:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin