Almaniya iqtisadiyyatı 2018-ci ilin ilk rübündə rüblük müqayisədə 0.3 faiz artıb. Bu, proqnoza bərabərdir.
Almaniyada ümumi daxili məhsul (ÜDM), həmin dövrdə illik müqayisədə 1.6 faizartaraq 1.6%-lik proqnozu ödəyib.
İstehlak rüblük müqayisədə 0.4 faiz artıb, dövlət xərcləri 0.5 faiz düşüb. Kapital qoyuluşları isə 1.7 faiz artıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Avropanın ən böyük iqtisadiyyatında idxal ilin ilk rübündə 1.1 faiz, ixrac isə 1.0 faiz azalıb. Hər ikisi üçün də proqnoz 0.5 faiz azalma olacağı istiqamətində idi.