Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanda depozitlər üzrə dollarlaşma səviyyəsi yüksək olaraq qalır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda depozitlər üzrə dollarlaşma səviyyəsi yüksək olaraq qalır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanda depozitlər üzrə dollarlaşma səviyyəsinin yüksək olduğunu qeyd edir.

 

Reklam_3_11

"Depozitlərin dollarlaşma səviyyəsi MDB ölkələri arasında Azərbaycanda və Belarusda yüksəkdir. Son 2-3 il ərzində Azərbaycanda bu göstərici aşağı düşsə də, 70%-dən çox təşkil edir ki, bu da çox yüksək göstəricidir", - deyə “Moody`s”in maliyyə institutları üzrə analitiki Pyotr Paklin bu gün Bakıda agentliyin Azərbaycan üzrə illik sammitində bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda xarici valyutada kreditlər üzrə dollarlaşma həddi 40%-dək təşkil edir. "Biz valyuta depozitlərinin ümumi strukturunu nəzərə alsaq, bu, qısa açıq valyuta mövqeyinə gətirib çıxarır. 2018-ci ilin I rübündə sektor üzrə mövqe pisləşsə də, qısa olaraq qalır", - deyə analitik qeyd edib.

 

P.Paklin vurğulayıb ki, MDB ölkələri arasında valyuta riskinin səviyyəsi təkcə Rusiya və Qazaxıstanda mötədil olaraq qiymətləndirilir. "Burada dollarlaşma aşağı həddədir və sığorta alətləri kifayət qədər yaxşı işləyir. Azərbaycan da daxil olmaqla qalan ölkələrdə isə olduqca yüksəkdir", - deyə o əlavə edib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© İnterfaks-Azərbaycan

24.05.2018 09:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ