Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Hərraclarda Dollar satışı 65% artıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hərraclarda Dollar satışı 65% artıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin I rübündə də Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilmişdir.  

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir ki, 2018-ci ilin ilk rübündə Mərkəzi Bank tərəfindən ümumilikdə 23 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 1 milyard 310.2 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 65.2% çoxdur.

 

2018-ci ilin I rübündə də manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.

 

Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi  1.7001 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Rüb ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi  1.6955, satış məzənnəsi isə 1.7022 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.3% (0.0046 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0021 manat) olmuşdur

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Rüb ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 4.16% bahalaşmış, Avroya qarşı 2.45%, İngiltərə funt sterlinqinə qarşı 3.78% ucuzlaşmış, Rus rubluna qarşı isə dəyişməz qalmışdır. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. I rübdə manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 3% ucuzlaşmışdır.

 

ALIŞLAR SATIŞLARI ÜSTƏLƏYİB

 

İlk rübdə, banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1.4 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80.3% çoxdur. Cari ilin I rübündə kommersiya bankları tərəfindən nağd ABŞ dollarının alışı 594.2 mln., satışı isə 517.8 mln. məbləğində olmuşdur. Alışlar satışları 76.4 mln. ABŞ dolları üstələmişdir.

 

24.05.2018 16:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ