Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"KazakhExport"un nümayəndələri Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olublar

iç səhifə xəbər başlığı altı (mobil)_31
"KazakhExport"un nümayəndələri Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olublar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Mayın 24-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətində "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr və analitik informasiya şöbəsindən “marja”ya daxil olmuş məlumata görə, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Qazaxıstan nümayəndə heyətinə "KazakhExport" ixracın sığortalanması şirkətinin idarə heyətinin sədri Ruslan İsakov rəhbərlik edib.

 

Görüş zamanı tərəflər arasında iqtisadi, ticarət və nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı sahəsində mövcud vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda, Qazaxıstan Respublikasının nümayəndələri avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında dövlət tənzimlənməsi, Qazaxıstan Respublikasında Çin və Koreya şirkətləri tərəfindən müştərək müəssisələrin yaradılması və eyni zamanda "Daewoo", "Hyundai" və "İveco" markalı avtobusların, həm də elektromobillərin istehsalı barədə təqdimatla çıxış edib.

 

Ruslan İsakov sərnişin avtobusları parkının yenilənməsi sahəsində dövlət proqramlarının qəbulu və icrası, şəhərdaxili sərnişin daşınmasında vahid bilet sisteminin və elektron bilet satışının tətbiqi, taksi minik avtomobillərinin və operatorlarının idarə olunması, həmçinin onlara dövlət nəzarətinin həyata keçirilməsi qaydaları barədə məlumat verib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov isə qeyd olunan məsələlərlə bağlı Azərbaycan Respublikasında  görülən və gələcəkdə nəzərdə tutulan tədbirlərə dair ətraflı məlumat verərək, belə görüşlərin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

 

O, nəqliyyat sisteminin qloballaşması prosesində beynəlxalq nəqliyyat daşımalarının hüquqi tənzimlənməsi, daşıma prosesi iştirakçılarının məsuliyyəti və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin qarşıda duran ən aktual məsələlər olduğunu qeyd edib.

 

Eyni zamanda, Azərbaycan Respublikasının nəqliyyat sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulduğunu vurğulayan H.Həsənov beynəlxalq öhdəliklərə əməl olunmasının ölkə daxilində aparılan hüquqi islahatların nəticəsi olduğunu vurğulayıb.

24.05.2018 16:32

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ