"Bank sistemində izafi likvidlik yüksəkdir"
“Dəhlizin aşağı həddinin aşağı salınması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliliyin aşağı düşməsinə baxmayaraq tələbin təklifi keçirilən depozit hərraclarında 3 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2.7 dəfə üstələməsi bank sistemində izafi likvidliyin yüksək olduğunu göstərir”.
“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
2018-ci ilin ilk rübündə Hesabat dövründə Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 15 depozit hərracı, notların yerləşdirilməsi üzrə 12 hərrac keçirmişdir. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilmiş, notlar isə 28 gün müddətinə yerləşdirilmişdir. Hesabat dövrünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1.3 mlrd. manat olmuşdur.
Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 700 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 600 mln.manat təşkil etmişdir. Rüb ərzində depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı 16% azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
22 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl