Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qadın Bankirlər Klubunun növbəti görüşü keçirilib - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qadın Bankirlər Klubunun növbəti görüşü keçirilib - FOTO

19 may tarixində “Women Bankers Club”ub (Qadın Bankirlər Klubu)  növbəti görüşü keçirilmişdir.

 

Reklam_3_11

Görüşdə klub üzvlərinin bir çoxu, o cümlədən Bank sistemində qabaqcıl yerlər tutan qadın bankir üzvlər də iştirak edib.

 

Görüşün rəsmi açılışını “PAŞA Bank”ın Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva və “Kapital Bank”ın İnsan Resursları Departamentinin Direktoru Fərqanə Məmmədova ediblər.

 

Xəyalə Nağıyeva, klubun fəaliyyətini yüksək qiymətləndirib. O, təşkilatçıların əməyinin danılmaz olduğundan və çox böyük və faydalı iş gördüklərini vurğulayıb.

 

Fərqanə Məmmədova xanım qadının bank sistemində və ümumilikdə cəmiyyətdə rolundan söz açıb. Heç bir çətinliyə baxmayaraq, qadının xoşbəxtliyi üçün çalışmalı olduğunu və xoşbəxt qadının işdə, ailədə və cəmiyyətdə daha faydalı olduğundan danışıb. Klubun hər iki xanım üzvləri sonda klubun fəaliyyətinə bol uğur arzuladılar.

 

Görüşün bu dəfəki qonağı isə Azərbaycan televiziyasının ulduzu, təkrarolunmaz teleaparıcı, bir çox tanınmış televiziya verilişlərinin müəllifi və prodüsseri Nərgiz Cəlilova idi.  Nərgiz xanım, avtobioqrafiyasından danışıb, peşəkar aparıcı karyerasına başlama tarixindən, aşdığı çətinliklər, həyati prinsiplər, stil, sağlamlıq, qidalanma sirrləri ilə paylaşıb. Görüşün sonunda “ASAN Radio”nun direktoru, tanınmış teleaparıcı Emin Musəvi də iştirak edərək, klubun görüşünə xüsusi rəng qatıb.

 

Women Bankers Club” mütəmadi olaraq bu növ görüşləri təşkil edəcək və formatın daha faydalı və maraqlı keçməsi üçün tədbirləri davam etdirəcəkdir. Bu barədə klubun facebook səhifəsindən məlumat almaq olar. Klubun tədbirləri haqqında facebook səhifəsində dərc olunur. Bundan başqa klubun facebook-da qapalı və yanlız qadın bankirlərin qoşula biləcəyi qrupu da mövcuddur. Bu qrupda, tədbir öncəsi müzakirələr, maraqlı paylaşımlar və yanlız klub üzvlərinə məxsusi kampaniyalar keçirilməsi nəzərdə tutulur. Hazırda qrupun 500-ə yaxın üzvü vardır.

25.05.2018 07:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ