Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 4 bankın nağd vəsaitləri kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 4 bankın nağd vəsaitləri kəskin artıb


Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-ü bu il aprelin 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 12-də müsbət, 11-də isə mənfi dinamika müşahidə edilib.

 

Reklam_3_11

Ötən il nağd vəsaitlərini ən çox artıran banklar "Atabank" (8,2 dəfə), "NBC Bank" (4,3 dəfə), "Günay Bank" (2,8 dəfə) və "Amrah Bank"dır (2,2 dəfə).

 

Nağd vəsaitlərin ən aşağı dinamikası isə "Ziraat Bank Azərbaycan"da (2,3%) qeydə alınıb.

 

İl ərzində nağd vəsaitləri azalmış 11 bank arasında ən kəskin azalma Pakistan Milli Bankının Bakı filialında (48,8%), ən yumşaq azalma isə "Bank Respublika"da (3,4%) baş verib.

 

Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank" və "Rabitəbank"dır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

5 bankın nağd vəsaitləri 50 milyon manatdan çoxdur

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-ü bu il aprelin 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 5-də sözügedən göstərici 50 milyon manatdan çoxdur

 

Bunlar "Kapital Bank" (358,398 milyon manat), "Access Bank" (75,048 milyon manat), "Xalq Bank" (60,703 milyon manat), "Bank Respublika" (52,666 milyon manat) və "AFB Bank"dır (50,98 milyon manat).

 

Qalan 18 bankdan 14-nün nağd vəsaitləri 10 - 50 milyon manat arasında, 4 bankın nağd vəsaitləri isə 10 milyon manatdan azdır. Nağd vəsaitləri ən az olan bank ölkədə ən kiçik bank sayılan Pakistan Milli Bankının Bakı filialıdır. Filialın nağd vəsaitləri cəmi 153 min manatdır.

 

Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank" və "Rabitəbank"dır. 

 

1 GÜNƏ KREDİT ALIN!

 

© "Renkinq" 

25.05.2018 07:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ