Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə “Sığortaçıların investisiya qaydaları” layihəsinin müzakirəsi baş tutub.

 

Assosiasiyanın yaydığı məlumata görə, sədr Mustafa Abbasbəyli, “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov, “Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev, “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramin Məmmədov, “Qala Həyat Sığorta” şirkətinin Baş direktoru Aydın Rəhmanov, “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov, ”A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Orxan Efendi, “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Zəfər Muxtarov, “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Murad Süleymanov və sığorta və təkrarsığorta şirkətlərinin department rəhbərləri, həmçinin, sahə üzrə məsul şəxslərin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

 

Görüşdə “İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub. Onlar mövzu ilə bağlı daha əvvəl keçirilmiş görüşdə irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparıb, həmçinin, qəbul edilməyən təkliflərlə bağlı daha güclü əsaslandırma və arqument irəli sürməyin zəruriliyini qeyd ediblər. Eyni zamanda, layihədə sığortaçılar üçün ziddiyyətli və mübahisəli hesab olunan hallar barədə müzakirələr aparılıb və bu kimi hallarla bağlı əlavə və düzəlişlər təklif edilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Görüşün yekununda mövzu ilə əlaqədar müvafiq orqanla görüş keçirilməsinin vacibliyi vurğulanıb və “Sığortaçıların investisiya qaydaları” layihəsinə dair irəli sürülən təkliflərin toplanaraq müvafiq orqana göndərilməsi qərara alınıb.

25.05.2018 07:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ