Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ödəmə vaxtı keçmiş kreditlərə möhlət verilə və ya silinə bilər - KOLLEKTİV SAZİŞ HAZIRLANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ödəmə vaxtı keçmiş kreditlərə möhlət verilə və ya silinə bilər - KOLLEKTİV SAZİŞ HAZIRLANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib.

 

Reklam_3_11

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması” üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır.

 

Görüşdə iştirak edən bankların nümayəndələrinə işçi qrupu tərəfindən “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası təqdim edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda banklar tərəfindən Kollektiv Sazişin layihəsinə dair təkliflərin təqdim edilməsi qərara alınıb.  

 

Restrukturizasiya–  öz borcunu ödəyə bilməyən borcalana qarşı tətbiq edilən ölçü vasitəsidir.

 

Restrukturizasiyanın bir neçə növü vardır, onlar həm ayrılıqda, həm də kompleks şəkildə tətbiq edilə bilər.

 

-Ödənişin müddətlərinin və həcminin dəyişdirilməsi;
-Borcun bir hissəsinin mülkiyyətdə paya dəyəişdirilməsi
-Borcun bir hissəsinin silinməsi

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

"Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması QAYDALARI"-na əsasən, qeyri-işlək kredit - faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraftlardır. 

25.05.2018 07:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ