Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu şirkət 320 hektarda zeytun bağı salır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu şirkət 320 hektarda zeytun bağı salır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Abşeron uzun illər zeytun bağları ilə məşhurlaşıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Nəticədə zeytun bağlarının ərazisi yarıbayarı azalıb.

 

Məlumdur ki, Azərbaycanda zeytunçuluğun inkişafı üçün Abşeron ideal ərazi hesab olunur. Rayonda bu sahəni inkişaf etdirmək üçün həm təcrübə, həm də əlverişli mühit və imkanlar var.

 

Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Aşağı Güzdək bələdiyyəsinin dövlət torpaq fonduna məxsus 320 hektarı zeytun bağlarının salınması məqsədilə “Abşeron Aqro” MMC–yə ayrılıb. Artıq ərazinin 25 hektarı əkinçilik üçün tam yararlı vəziyyətə gətirilib və burada 9 min zeytun tingi əkilib. Ümumiyyətlə, ilin sonunadək əkiləcək tinglərin sayı 120 minə çatdırılacaq.

 

Mütəxəssislər bildirirlər ki, yeni əkilmiş zeytun ağacları ən azı 3 ildən sonra bar verəcək. Zeytun ağacları hətta ən sərt hava şəraitinə belə dözümlüdür. Ağaclara kifayət qədər su verilsə, həm ilbəil məhsuldarlıq artacaq, həm də meyvələri daha iri olacaq.

 

Hazırda “Abşeron Aqro” MMC-nin təsərrüfatında suvarma şəbəkəsi yaratmaq məqsədilə açıq su anbarı tikilir. Taxtakörpü–Ceyranbatan kanalından əkin sahəsinə su ötürülməsi üçün nasosxananın layihəsi üzərində iş aparılır. Bu işlər fevral ayının sonunda başa çatmalıdır. Rayonda gələcəkdə emal təsərrüfatının yaradılması da planlaşdırılır.

 

Qeyd edək ki, zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə zəngindir. Yağın tərkibində olan A, E, D və K vitaminləri sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, orqanizmin qocalma prosesini əngəlləyir. Zeytun yağının tərkibində olan linol, olein, linolen kimi doymamış yağ turşuları piylənmənin, ürək xəstəliklərinin qarşısını alır, həzm prosesinə müsbət təsir göstərir.

03.02.2017 16:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ