Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Bu iş adamı giləmeyvələr yetişdirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu iş adamı giləmeyvələr yetişdirəcək

İsmayıllı rayonunun Diyallı kəndində sahibkar Aqşin Ağayev ona məxsus olan 4,4 hektar ərazidə giləmeyvə istehsalı üçün istixanalar qurur.

 

Ümumi dəyəri 120 min manat olan istixanalarda böyürtkən, moruq və göy qarağat giləmeyvələri yetişdiriləcək. Nəzərdə tutulan bitkilərin əkin materiallarının Ukraynadan gətirilməsi planlaşdırılır.

 

Təsərrüfatın ərazisində giləmeyvə istehsalı üçün zəruri olan xeyli iş görülüb. Belə ki, bir hektar ərazidə 160 kvadratmetr ölçüsü olan 40 ədəd istixana tikilib. Hazırda əkin materiallarının yerləşdirilməsi üçün lazımi işlər aparılır.

 

İstixanalar istifadəyə verildikdən sonra burada 40-dan çox kənd sakini işləyəcək.

 

© Azərtac

03.02.2017 16:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ