Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Arıçıların konfransı keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Arıçıların konfransı keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fevralın 4-6-da Bakıda Azərbaycan Beynəlxalq arıçılıq konfransı keçiriləcək.

 

Kənd Təsərrüfatı Nazirliyindən  bildiriblər ki, konfransda iştirak etmək üçün bu günə qədər 155 nəfər qeydiyyatdan keçib. Azərbaycandan olan iştirakçılar arasında arıçılarla bərabər müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, arıçılıq sahəsi üzrə mütəxəssislər, arıçılıq layihələri həyata keçirən ictimai birliklərin nümayəndələri də var.

 

Yerli və xarici mütəxəssislər, o cümlədən arıçılıq birliklərinin nümayəndələri Azərbaycan arıçılarını müasir arı saxlama texnologiyaları ilə tanış edəcəklər. Türkiyədə yayımlanan “Bereket TV” kanalının çəkiliş qrupu da qonaqlar sırasındadır.

 

Bundan başqa, bu ilin sentyabrında İstanbulda keçiriləcək 45-ci Ümumdünya Apimondiya Konqresinin təşkilat komitəsinin və elmi şurasının sədrləri, həmçinin digər səlahiyyətli nümayəndələr konfransda iştirak edəcəklər.

 

Konfransda arıçılığın bütün sahələrini əhatə edən mövzular müzakirə olunacaq.

 

Əlavə məlumatı www.konfransari.com  internet ünvanından almaq olar.

03.02.2017 13:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ