Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bankdan fermerlərə 7%-lə kredit

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan fermerlərə 7%-lə kredit

 

Azərbaycan Beynəlxalq Bankı fermerlərə güzəştli şərtlərlə kredit verəcək.

 

Bankın Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə imzaladığı niyyət protokolunda belə bir güzəşt nəzərdə tutulub.

 

Kənd təsərrüfatı sahəsi üzrə verilən kreditlərin maksimal məbləği 200 000 manatadək olacaq. Kreditlər 7% illik faiz dərəcəsi ilə veriləcək.

 

Xatırladaq ki, mayın 24-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə ölkəmizdə fəaliyyət göstərən 8 bank-kredit təşkilatı arasında protokol imzalanıb. Bu banklardan biri də Azərbaycan Beynəlxalq Bankıdır. Protokola Xidmətin rəisi Mirzə Əliyevlə Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov imza atıb. Mərasimdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təmsilçiləri də iştirak edib.

 

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta sahibkarlığa dəstək Azərbaycan Beynəlxalq Bankı üçün əsas prioritetlərdəndir. Kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi xüsusilə əhəmiyyət kəsb edir. Bu protokol çərçivəsində ayrılmış kredit limiti kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayacaq”.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

25.05.2018 13:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ