Ən yuxarı statik reklam-3_3

Yeni Zelandiyanın "Anchor" kərə yağı Azərbaycanda 20 illiyini qeyd edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni Zelandiyanın "Anchor" kərə yağı Azərbaycanda 20 illiyini qeyd edib

 

(®) Dünyaca məşhur süd məhsulları istehsalatçısı "Fonterra" şirkətinin istehsal etdiyi "Anchor" kərə yağı, son 20 ildir ki, Azərbaycanda ən çox sevilən qida məhsullarından biridir.

 

"Fonterra" şirkətindən verilən məlumata görəbu müddət ərzində Azərbaycanlı istehlakçılar təqribən 12,5 milyon kq "Anchor" kərə yağı istehlak edib. Bu isə, hər dəqiqə təqribən 5 kq "Anchor" kərə yağının Azərbaycan mətbəxinə girməsi deməkdir.

 

Qlobal süd məhsulları istehsalat bazarının lideri Yeni Zelandiya şirkəti "Fonterra", son bir ildə Azərbaycanlı ailələrə 600,000 ədəddən çox 5 kq-lık "Anchor" kərə yağı satmışdır - bu da, ən çox satılan çeşiddir.

 

Son 20 il ərzində "Fonterra" şirkəti, Yeni Zelandiyanın süd məhsulları istehsalındaki dünya liderliyi və 130 ildir istehsal olunan "Anchor" brendi keyfiyyəti ilə Azərbaycanın süd kateqoriyasında hər gün artan tələbatını kərə yağı və feta pendiri (ağ pendir) ilə qürurla qarşılayır. 

 

"Fonterra" şirkətinin Mərkəzi Asiya, Orta Şərq, Afrika ölkələri üzrə direktoru Gaby Amade çıxışında qeyd edib: “Biz 20 ildən uzun müddətdir ki, Azərbaycanlı ailələrin gündəlik həyatının bir parçası olmaqdan qürur duyuruq. Azərbaycanda yeni nəsillər süfrələrində bizim istehsal etdiyimiz kərə yağı ilə böyüyür və onların dəyişən ehtiyaclarını qarşılayan yüksək keyfiyyətli, qidalandırıcı və ləzzətli süd məhsulları ilə təmin etməyə davam edəcəyik.

 

“Azərbaycanlı istehlakçılar südün sağlam, təbii qidalanma üçün vacib bir ərzaq məhsulu olduğunu çox yaxşı bilirlər. Təbii süddən əldə edilən kərə yağ, gündəlik yeməklər, şirniyyatlar və səhər yeməyi üçün istifadə edilən ən təbii məhsuldur.”

 

“Bizim şirkətimiz gələcəkdə də yaşıl otlaqlarımız, çəmənlikdə otlayan inəklərimiz və yüksək keyfiyyətli qida təhlükəsizliyi və istehsal standartlarımız ilə dünyanın ən keyfiyyətli və ən ləzzətli kərə yağını istehsal etmək üçün hər cür şərait olan Yeni Zelandiyada yüksək keyfiyyətli kərə yağının istehsalına davam edəcək. Azərbaycan istehlakçılarının çox sevdiyi bizim kərə yağlarımız, xüsusi ilə sarı rəngi ilə də seçilir. Bu, bizim yağlarımızın A vitamininin mənbəyi olan beta-karotenlə zəngin olmasını göstərir”.

 

Daha ətraflı məlumat üçün: https://www.facebook.com/anchorazerbaijan/ 

 

 

"Fonterra" haqqında:

"Fonterra" şirkəti, süd məhsulları istehsalında dünya lideridir. Dünyada ən böyük süd ixracatçısı olan "Fonterra" şirkəti, Yeni Zelandiyada 10,500 fermerin səhmdarı olduğu bir kooperativdir. Süd emalı sənayesində  tədqiqat və innovasiya sahəsində dünyanın ən böyük investorlarından biridir.

 

Bütün dünyada iki milyon tondan çox süd tərkibli məhsullar, yüksək keyfiyyətli süd məhsulları, xüsusi komponentlər və istehlak məhsullarını 140-dan çox ölkə üçün istehsal edir.

 

"Fonterra" şirkəti hər zaman yaşından asılı olmayaraq Azərbaycan istehlakçılarının hamısına yüksək keyfiyyətli süd məhsulları təqdim etməyə hazırdır.

 

Kooperativin portfelində "Anchor", "Anlene", "Anmum" ("Materna", "Lacta" və "Assential") və "Anchor Food Professionals" kimi təhlükəsiz istehlak və qida xidmətləri brendləri mövcuddur. 

 

Distrubitor haqqında:

 

“Anchor” kərə yağları və pendir çeşidlərinin Azərbaycanda distribusiyası “Delta Qrup C.O.” MMC  tərəfindən həyata keçirilir.

 

“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. “Delta Qrup C.O.” MMC yarandığı tarixdən etibarən məhsulları dünya səviyyəsində tanınan şirkətlərlə əməkdaşlıq edir. Müəssisə peşəkar, dürüst və keyfiyyətli fəaliyyəti nəticəsində həmin şirkətlərin rəğbətini qazanıb.

 

“Delta Qrup C.O.” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 850 nəfər işçi qüvvəsi çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribusiya (dağıtım). Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə iki böyük zavodu fəaliyyətdədir.

 

“Delta Qrup C.O.” MMC dağıtım istiqamətində öz operativ fəaliyyətini Azərbaycanın bir çox şəhər və rayonlarında 5000-dən çox satış nöqtəsi üzrə aparmaqdadır. Bugünkü gündə “Delta Qrup C.O.” MMC ticarət markalarının kompleks şəkildə idarəedilməsi (distributorluq, marketinq) üzrə ixtisaslaşıb.

 

Ətraflı Məlumat: http://www.delta-group.az

 

26.05.2018 06:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ