ABŞ-dan İrana yeni sanksiyalar

ABŞ Xəzinə Nazirliyi, İranın balistik raket proqramına töhfə verdikləri səbəbilə 13 şəxs və 12 şirkətə yeni sanksiya tətbiq edib.
 


"Marja" xəbr verir ki,  Xəzinə Nazirliyindən edilən yazılı açıqlamada "İranın balistik raket proqramı ilə İran İnqilab Mühafizəçiləri Ordusuna" dəstək verdikləri səbəbilə yeni sanksiya tətbiq edilən şəxs və şirkətlərlə bağlı məlumatlar verilib.
 
 Aralarında İran, Livan və Çin vətəndaşlarının olduğu 13 nəfər və 12 şirkətə tətbiq edilən yeni sanksiyalar, əvvəlki gün İranın balistik raket sınağı ilə bağlı "ABŞ bu gün İranı rəsmən xəbərdarlıq edir" açıqlaması edən Milli Təhlükəsizlik müşaviri Maykl Flynn-ın sözlərindən dərhal sonra tətbiq edilib.
 


Sanksiya tətbiq eilən  şəxslərin adları Yahya El Hac, Abdullah Aşgarzade, Tenny Darian, Hasan Deghan İbrahimi, Muhammed Abdul-emir Ferhat, Muhammed Magham, Kambiz Rostamian, Ali Şerifi, Qin Xianhua, Richard Yue, Mustafa Zahidi, Ghodrat Zargari və Carol Zhou olaraq açıqlanıb.


 
Həmçinin Cosailing Cosailing Business Trading, East Star, Ervin Danesh Aryan, Maher Trading and Construction, Mirage for Engineering and Trading, Mirage for Waste Management ve Environmental Services, MKS International, Ningbo New Century Ofog Sabze Darya, Reem Pharmaceutical, Royal Pearl General, ve Zist Tajhiz Pooyesh adlı  şirkətlər də sanksiya tətbiq edilib.
 

Kampaniyası dövründə də İranla nüvə sazişini tez-tez tənqid edən Trump, 20 Yanvarda vəzifəyə başladıqdan sonra çıxışlarında İranı bir neçə dəfə "xəbərdarlıq etmiş", son olaraq Tehrana qarşı hərbi seçim də daxil bütün variantların masada olduğunu dilə gətirmişdi.

3 Fevral 2017 , 21:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin