Ən yuxarı statik reklam-3_3

ABŞ nümayəndə heyəti Şimali Koreyaya getdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ nümayəndə heyəti Şimali Koreyaya getdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Şimali Koreyanın böyük iqtisadiyyat və maliyyə ölkəsi olacağına inanıram"



 
ABŞ nümayəndə heyətinin ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreyanın Prezidenti Kim Jong arasında keçirilməsi mümkün görüş üçün Şimali Koreyalı nümayəndə heyəti ilə danışıqlar apardığı bildirilib.
 

"Marja" xəbər verir ki, mövzu ilə bağlı Twitter hesabından açıqlama verən Tramp, onunla Kim Jong arasında görüşü planlaşdırmaq üçün ABŞ nümayəndə heyətinin Şimali Koreyaya getdiyini bildirib.
 

Tramp, "Şimali Koreyanın mükəmməl bir potensialı olduğuna və günün birində böyük iqtisadiyyat və maliyyə ölkəsi olacağına inanıram. Kim Jong da bu məsələdə mənə qoşulur. Olacaq",- yazıb.
 

Digər tərəfdən, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert, verdiyi yazılı açıqlamada, ABŞ nümayəndə heyətinin Şimali Koreyadakı tərksilah edilmiş bölgədə olan Panmunjom kəndində Şimali Koreyalı nümayəndə heyəti ilə görüşdüyünü bildirib.
 
Nauert, "Tramp ilə Şimali Koreya lideri Kim Jong arasındakı görüş üçün hazırlıqlara davam edirik". ifadəsini istifadə edib.
 
 
1 GÜNƏ KREDİT ALIN!

 

Trump, ötən Cümə axşamı günü, "İyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan görüşü ləğv etməyə qərar verdim. Bunun, həm Şimali Koreya, həm də dünya üçün böyük bir geri addım olduğuna inanıram", ifadələrini işlətmişdi.

 
 
Tramp, Kim ilə görüşməyə hələ də isti baxdığını bildirmişdi.
 

Tramp, "Nələr olacağını görəcəyik. Hazırda onlarla danışırıq.Görüş  ayın 12-sinde belə ola bilər. Bu görüşü onlar çox istəyir, biz də olmasını istəyirik",-demişdi.

28.05.2018 05:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ