Mobil manşet üstü reklam_21

OPEC və müttəfiqləri: Bazarlardakı artıq nefti silmişik

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC və müttəfiqləri: Bazarlardakı artıq nefti silmişik

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın da daxil olduğu digər müttəfiqlər, neft bazarının Aprel ayında yenidən tarazlaşdığı (tələb və təklif bərabərləşib) nəticəsinə gəliblər.


 
1 GÜNƏ KREDİT ALIN!

 

"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, məsələyə dair məlumat sahibi mənbələrdən verilən məlumata görə, üç il ərzində qiymətlər üzərində təzyiq yaradan neft təklifi artıqlığı Aprel ayında tamamilə ortadan qalxıb. 

 

OPEC və müttəfiqləri neft təklifi artıqlığını azaltmaq üçün hasilatlarını azaldıblar. Nəticədə, inkişaf etmiş ölkələrin anbarlarındakı neft ehtiyatları xeyli "əriyib" və 5 illik orta göstəricidən aşağı düşüb.  
 

OPEC və tərəfdaşlarının gələn ay Vyanada baş tutacaq toplantıda bazarın yenidən tarazlaşdığını müzakirə edəcəklər. Ötən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin verdiyi açıqlamalara görə, istehsalçılar, neft hasilatını ilin ikinci yarısında artıra bilərlər.

28.05.2018 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ