Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Klinika ödəyib, həkimlərdən yığacaq – 100-250 MANAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Klinika ödəyib, həkimlərdən yığacaq – 100-250 MANAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda həkim səhvinə görə yaranan zərərlərin kompensasiyası üçün həkimlərin peşə məsuliyyətinin icbari sığortasının tətbiqi nəzərdə tutulur.

 

Həkim səhvi günümüzün aktual problemlərindən biridir. Belə səhvlərə görə, xəstələr sağlamlıqlarına qovuşa bilmir, yeni xəstəliklər yaranır və ya xəstə vəfat edir. Əksər hallarda xəstə və onun yaxınları vurulan ziyana görə maddi kompensasiya ala bilmirlər. Həkimlərin peşə məsuliyyətinin icbari sığortası ilə həkim səhvindən əziyyət çəkən kütlənin kompensasiyaya əlçatanlığının artırılması hədəflənir.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli “Marja”ya bildirdi ki, həkimlərin peşə məsuliyyətinin icbari sığortası haqqı klinikalar tərəfindən sığorta şirkətinə ödəniləcək və sonra həkimlərdən yığılacaqdır:

 

“Biz dünya təcrübəsini araşdırmışıq. Müzakirələrdə yekunlaşdırdığımız model bundan ibarətdir ki, xəstəxana və klinikalar sığorta haqlarını həkimlərdən toplasınlar. Sığorta şirkətilə müqaviləni klinikanın bağlaması nəzərdə tutulur. Yəni, klinika sığorta haqlarını ödəyir, sonra onu həkimlərdən geri alır. Azərbaycanda həkimlər bir neçə klinikada işləyə bilir. Çox hallarda belədir. Ona görə sığorta haqlarının klinikanın hesabına ödənilməsi çətinlik yaradacaqdı. Biz düşünürük ki, həkimin əsas iş yeri hansı klinikadadırsa, həmin klinika sığorta haqqını ödəyib, sonra həkimdən geri alacaqdır”.

 

Mustafa Abbasbəyli qeyd etdi ki, həkimin ödəyəcəyi sığorta haqqı onun göstərdiyi fəaliyyətdən və məsuliyyətindən asılı olacaqdır: “Məsuliyyətin dərəcəsindən asılı olaraq 4 kateqoriya məyyən olunub. Ən çətin və məsuliyyətli əməliyyatları həyata keçirən həkimlər birinci kateqoriyaya, məsuliyyəti  ən az olan həkimlər isə 4-cü kateqoriyaya aid edilir. Layihəyə görə, sığorta haqları 1- 4-cü kateqoriyalar arasında illik 100-250 manat civarında nəzərdə tutulur. Ən məsuliyyətli işi görən həkimlər daha yüksək sığorta haqları ödəyəcəklər. Bu rəqəmlər müzakirələrdə dəyişə də bilər. Sığorta ödənişləri, yəni zərərçəkənin alacağı kompensasiya isə 10 min manatdan 25 min manatadək dəyişir”.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Mustafa Abbasbəyli, “Təklif demək olar ki, formalaşıb və bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Paltasına göndərilməsi nəzərdə tutulur. Təklif növbəti mərhələdə hökumətdə müzakirə olunacaqdır”- əlavə etdi.

 

ASA-nın sədri vurğuladı ki, klinika istənilən sığorta şirkətilə müqavilə bağlaya biləcəkdir.

 

“Həkim səhvinə görə xəstə zərər çəkərsə və ya vəfat edərsə kompensasiya ödəniləcəkdir. Bu sığorta növü sosial layihədir. Məqsəd həkim səhvindən əziyyət çəkən kütlənin kompensasiyaya əlçatanlığının artırılmasıdır”.

29.05.2018 10:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ