Ölkəmizdə ilk dəfə uzunömürlülük xəritəsi hazırlanıb
Hazırda ölkəmizdə 90 yaşından yuxarı 10 min uzunömürlü var. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova məlumat verib.
Aparılan tədqiqatlar nəticəsində ölkəmizdə ilk dəfə olaraq uzunömürlülük xəritəsi hazırlanıb. Xəritə artıq tam hazırdır və yaxın günlərdə çap olunacaq.
Direktorun dediyinə görə, uzunömürlülük xəritəsi rəsmi statistik məlumatlar əsasında tərtib olunub. Bu, beynəlxalq təcrübədə qazanılmış metodikadır. Qəbul olunmuş qaydaya görə, uzunömürlülük indeksi yaşı 90-ı keçənlə 60 və daha yuxarı yaşda olanların sayına nisbətidir.
Tədqiqatlar ölkəmizin uzunömürlülük indeksinin yüksək olduğu bəzi bölgələri üzə çıxarıb. Uzunömürlülük tədqiq olunarkən ilkin mərhələdə onların yaş verifikasiyası aparılır. Həmçinin uzunömürlülər, onların ailə üzvləri, eləcə də uzunömürlülük qeydə alınmayan ailələr tədqiqat qrupuna daxil edilir və onların üzərində eyni tibbi-bioloji müayinələr aparılır. Aparılan müayinələrdə həkimlər, bioloqlar və başqa mütəxəssislər iştirak edirlər.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Hesablamalar göstərir ki, ölkəmizdə uzunömürlülərin sayı artıb.
Hazırda tədqiqatlar cənub rayonlarında aparılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
22 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl