Türkiyə Mərkəzi Bankından yeni faiz qərarı - LİRƏ BAHALAŞIR

Türkiyə Mərkəzi Bankı yeni fazi qərarını açıqlayıb.


"Marja" Bankın yaydığı məlumata istinadən xəbər verir ki, 1 İyun 2018-ci il tarixindən etibarən bir həftəlik repo  faizi 16.5 faiz təşkil edəcəkdir:

 

"Bir həftəlik repo hərracı faiz nisbəti Mərkəzi Bankın əsas pul siyasəti faizi olacaqdır. Bu nisbət, mövcud maliyyələşmə faizinə (16,50 faiz) bərabərdir. Mərkəzi Bankın gecəlik borclanma və borcvermə nisbətləri bir həftəliki repo faiz nisbətilə müqayisədə -/+ 150 bəndlik marja ilə müəyyən olunacaqdır".

 

23 May 2018-ci il tarixində Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini (Likvidlik pəncərəsini- GLP) 13.5%-dən 16.5%-ə qaldırmşdı.Həmin gün 4.9253 səviyyəsinə qalxan Dollar/TL məzənnəsi faiz qərarının ardından 4,54 səviyyəsinə qədər geriləmişdi. Sonradan məzənnə 4,80 səviyyəsinədək yüksəlmişdi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Bu gün Türkiyə Mərkəzi Bankının açıqlamasından sonra da Türk Lirəsi bahalaşıb. Dollar/TL məzənnəsi 3%-dən çox düşərək 4.5623 səviyyəsinə geriləyib (Saat 13:20-yə olan məlumat). 

28 May 2018 , 12:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin