Ən yuxarı statik reklam-3_3

Babayevlərə məxsus "Gənclik" ASC zərərdən çıxa bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Babayevlərə məxsus "Gənclik" ASC zərərdən çıxa bilmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Gənclik" İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC 2017-ci ili də zərər ilə başa vurub.

 

“Marja” xəbər verir ki, 2016-cı ildə ASC-nin xalis zərəri 48 min 890 manat  ikən, 2017-ci ildə zərər 44 min 574 manat təşkil edib.


2015-ci ildə ASC-nin xalis zərəri 54 min 767 manat təşkil etmişdi.


Sözügedən dövrdə ASC-nin satışdan gəlirləri 452 min manatdan 360 min manata düşüb.

 

“Gənclik” ASC ötən il işçi heyəti üzrə xərclərini azaldıb. 2016-cı ildə 315 min 910 manat təşkil etmiş xərclər 2017-də 224 min 199 manata düşüb. İşçi heyəti üzrə xərclərin azaldılması xalis zərərin də azalmasına səbəb olub.

 

"Gənclik" ASC-nin 51 səhmdarı olsa da, nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan şəxslər: Babayev Kamal Ələkbər oğlu – 41,81 % (288500), Babayev Tahir Kamal oğlu – 20,85 % (143858) Babayeva Rəna Kamal qızı – 15,00 % (103500) və Əsədullayev Çingiz Rauf oğlu - 20,85 % (143918) (AgBank-ın da səhmdarıdır).

 

1 GÜNƏ KREDİT ALIN!

 

“Gənclik”  idman kompleksi 1999-cu ilin iyun ayından istifadəyə verilmişdir. Kompleksə üzgüçülük hovuzu, trenajor zalı, sauna, 400 oturacaq yerli bağlı mini-futbol zalı, açıq mini-futbol meydançası, üç açıq və üç bağlı tennis kortları daxildir.  

29.05.2018 04:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ