Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rövnəq Abdullayev: Ukraynada fəaliyyət prioritet istiqamətlərdən biri olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rövnəq Abdullayev: Ukraynada fəaliyyət prioritet istiqamətlərdən biri olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ukraynanın Prezidenti Petro Poroşenko və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Kiyevdə Ukraynaya yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

 

Ukrayna Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə SOCAR-ın “Türk layihələri”, Ukraynanın bu layihələrə daxil olması və Ukrayna dövlətinin neft emalı kompleksinin inkişaf perspektivləri barədə müzakirələr aparıblar.

 

“Növbəti il, Türkiyədəki strateji layihələr başa çatandan sonra Ukraynada fəaliyyət prioritet istiqamətlərdən biri olacaq, çünki burada inkişaf çox uğurludur. Ukraynada biznesin inkişafı üçün yaxşı imkanlar yaranıb”, - deyə SOCAR prezidenti bildirib.

 

Petro Poroşenko Ukrayna və Azərbaycan prezidentlərinin səmimi dostluq əlaqələrini qeyd edib və dövlətlər arasında əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb. “İnanıram ki, əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün enerji sektorunda da bu imkanlardan tam istifadə edəcəyik”, - deyə Prezident bildirib. Dövlət başçısı bu potensialdan Ukraynaya enerji tədarükünün şaxələndirilməsinin vacibliyini qeyd edib.

 

Görüşdə, həmçinin Ukraynanın şəhərlərinə yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü məsələsi müzakirə edilib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Azərtac

29.05.2018 05:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ