"Rusiyadan çiyələk idxalına qadağa qoyulması mümkün deyil" - AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Rusiyanın Çindən gətirilən çiyələklərdə antibiotik və pestisidlər aşkarlanmasından sonra Azərbaycanın da həmin ölkədən çiyələklər idxal edib-etməyəcəyinə aydınlıq gətirib.

 

Xidmətdən  bildirilb ki, Azərbaycan çiyələk istehsalçısı olduğu üçün heç bir ölkədən, eləcə də Çindən çiyələk məhsulları idxal etmir. 2018-ci ilin ilk dörd ayı ərzində yalnız Türkiyədən kiçik həcmdə (20.61 ton) çiyələk idxal olunub. Bu məhsuldan götürülən nümunələr Dövlət Xidmətinin müvafiq laboratoriyalarında müayinə olunub və məhsulun tərkibində heç bir zəhərli maddə və ya zərərverici aşkar olunmayıb.

 

Qeyd edək ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Çindən idxal olunan çiyələklərdə antibiotiklər aşkar edib.

 

Rusiyanın Primorsk diyarında və Saxalində Çindən gətirilmiş 8 tona yaxın çiyələkdə lüfenuron pestisidi tapılıb.

 

AZƏRBAYCAN BU KREDİT ŞƏRTLƏRİNDƏN XƏBƏRSİZDİR - ƏTRAFLI

 

Bununla belə, meyvə-tərəvəz məhsullarının daşınması və saxlanması zamanı antibiotiklərin istifadəsinə qadağa mövcud olmadığı üçün Rusiyada bu məhsulların idxalına qadağa qoyulması mümkün deyil.

 

Bununla əlaqədar olaraq, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bu sahədə qanunvericiliyə dəyişikliklərin olunmasını təklif edib.

 

© Trend

29 May 2018 , 08:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin