12 kredit ittifaqı fəaliyyətini dayandırıb

Ötən ilin son 3 ayında Azərbaycanda 12 kredit ittifaqı fəaliyyətini dayandırıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya bildirilib ki, 31.12.2016-cı il tarixinə 97 kredit ittifaqı fəaliyyət göstərib. Halbuki, ötən ilin Sentyabr ayının sonunda onların sayı 109 idi.

 

12 Kredit ittifaqının fəaliyətini dayandırması ilə əlaqədar olaraq Oktyabr-Dekabr aylarında bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156-dan 144-ə düşüb.

 

225 NƏFƏR İŞİNİ İTİRDİ

 

Ötən ilin sonunda BOKT–larda işləyənlərin sayı 2657 nəfər təşkil edib. Sentyabrın sayda BOKT-ların işçilərinin sayı 2882 nəfər idi.

4 Fevral 2017 , 08:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin