Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kapital Bank-dan uşaqlara “Möcüzələr xəzinəsi”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-dan uşaqlara “Möcüzələr xəzinəsi”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Kapital Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Möcüzələr xəzinəsi” adlı sosial layihə təşkil edib.

Reklam_3_11

 

Layihə çərçivəsində görmə qabiliyyəti məhdud uşaqlar üçün Azərbaycan dilində nağıllar oxunub, audio kitab formasında hazırlanıb. Layihə zamanı hazırlanan video çarx və fotolar Bankın Facebook sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib - www.facebook.com/kapitalbank.

 

“Hər il olduğu kimi bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti sosial layihəmizi həyata keçirdik. Disk formasında yazlan audio nağılları, Bakıda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün olan 5 nömrəli respublika xüsusi internat məktəbinə təhvil verdik. Həmin nağılları Kapital Bank-ın dəstəyi ilə fəaliyyət göstərən mərkəzin təqaüdçüləri səsləndirib. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə və “Üçüncü Bahar” təşəbbüs qrupuna təşəkkürümüzü bildiririk”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

 

Qeyd edək ki, audio disklərə 10 nağıl daxil edilib: “Kompüterin kələyi”, “Tısbağa və dovşan”, “Tülkü və kəklik”, “Sehrli torba”, “Tülkü və xoruz”, “Qarı və pişik”, “Eşşəklə tülkünün dostluğu”, “Siçan və pişik”, “Yeddi nar çubuğu” və “Hatəm və qoyun dərisinə girmiş qurd”. Nağıllar müasir motivli, ibrətamiz və tərbiyəvi xarakter daşıyır.

29.05.2018 08:15

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ