Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycana qeyri-adi formada turist səfəri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana qeyri-adi formada turist səfəri

Mayın 20-də Azərbaycana qeyri-adi formada turist səfəri başlayıb. “Rotel Tours” şirkətinin təşkil etdiyi səfər zamanı turistlər avtobusun arxasına bağlanmış xüsusi qoşquda yatmaq imkanı əldə edirlər. 

 

Tur və marşrutla bağlı sualları cavablandıran şirkətin nümayəndəsi Qehard Krüqer (Gerhard Krüger) deyib ki, Azərbaycana 18 sərnişinlə gəliblər:

 

“Avtobusumuz 34 sərnişin üçün nəzərdə tutulub, amma bu dəfə 18 nəfərlə səyahətə çıxmışıq. Bundan əlavə 2 nəfər bələdçi və 1 sürücümüz var. Bələdçilərdən biri yerlidir. İki sürücümüz var idi. Tehrandan çıxanda ona zəng edib bildirdilər ki, anası dünyasını dəyişib. Ona görə də təcili Almaniyaya dönməyi qərara aldı”.

 

Q.Krüqer təmsil etdiyi şirkətin 70 ildir belə turlar təşkil etdiyini qeyd edib. Onun sözlərinə görə, yeni yataq sistemini də özləri ixtira ediblər:

 

“Şirkətimiz fəaliyyətə Münhen şəhərində daxili səyahətlərdən başlayıb. Əvvəl sərnişinlər çadırlarda qalırdı. Sonradan rəhbərliyimiz yağışlı havanı nəzərə alıb belə yataq sistemini icad etdi. Hazırda gördüyünüz bu qoşqu-yataq 42 nəfərin rahat yatması üçün nəzərdə tutulub. Yerlərdən 34-ü sərnişinlər, digərləri isə işçi heyət üçün nəzərdə tutulub. Qoşquda yataqlar bir-birinin üstündə olmaqla 3 sıradır. Hər bir şəxsin özünün xüsusi işıq və əks tərəfə açılan kiçik pəncərəsi var”.

 

“Hazırda dünyada 60-dan artıq avtobusumuz var ki, onlarla sərnişin daşıyırıq. Bəzi avtobuslarımızda qoşqu yoxdur. Avtobusun bir hissəsi yataq, digər hissəsi sərnişinlərin oturması üçün nəzərdə tutulub. Bu avtobuslarda maksimum 20 sərnişin ola bilər. Belə avtobusları Amerika və Avstraliyada istifadə edirik. Çünki burada yollar daha rahatdır”, - Q.Krüqer əlavə edib.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

© Report

29.05.2018 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ